Yasamal rayonunun A.M.Şərifzadə küçəsində piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü E.Əlpənahov saxlanılmışdır
28.10.2019Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılmışdır.
Araşdırma aparılır.