Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini R.Yenaliyev saxlanılmışdır
28.10.2019Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Binəqədi qəsəbəsi ərazisindəki mağazaların birinin saxlanc yerindən Bakı şəhər sakini A.Məhərrəmovanın içərisində 374 manat pul, sənəd və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Yenaliyev saxlanılmışdır.