Bərdə şəhər sakini Ş.Əzizovanın evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
28.10.2019Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini Ş.Əzizovanın evindən 75 qramdan artıq heroin, tiryək, marixuana, 50 qramdan artıq metamfetamin, 45 ədəd metadon, 16 ədəd ekstazi həbləri, həmçinin tiryək və marixuana aşkar edilərək götürülmüşdür.