Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20.10.2019Oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.