Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.10.2019Oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurmuş və velosipedçi Yuxarı Şirvan kanalına yıxılmışdır.
Ə.Məmmədovun meyiti sudan çıxarılmışdır.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.