Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.İbrahimov avtomobillə birgə saxlanılmışdır
20.10.2019Abşeron RPİ-yə müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin oktabrın 20-də saat 08.30-da Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir.
Abşeron RPİ və Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov avtomobillə birgə saxlanılmışdır.