Binəqədi rayonu ərazisində keçmiş arvadı Təranə İsmayılovanı və bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirmiş V.Hüseynov özünü avtobusun altına atmışdır
16.10.2019Oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirmiş, evi isə yandırmışdır.
V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atmışdır.
Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilmişdir.Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.