Nəsimi rayonunun H.Ələsgərova küçəsində yol-nəqliyyat hadisəsi
16.10.2019Oktyabrın 16-da saat 5 radələrində Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Bağırovun sərnişinlərindən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.