Oğurluğa cəhd göstərən Tovuz rayon sakini R.Quliyev saxlanılmışdır
16.10.2019Oktyabrın 17-də saat 02.52-də Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindəki marketlərin birindən Tovuz Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal polis əməkdaşları həmin ünvana gəlmişlər. Orada oğurluğa cəhd göstərən rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Tovuz RPŞ-də araşdırma aparılır.