Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərov vəona narkotik vasitəni satmaqda şübhəli bilinən E.Nurəliyev saxlanılmışlar

11.10.2019

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən  Bakı şəhər sakini E.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilmişdir.

E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.