Stansiya Sumqayıt yeni yaşayış sahəsindən avtomobil qaçırmaqda şübhəli bilinən S.Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır
11.10.2019Oktyabrın 11-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən T.Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat vermişdir.
Müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, “Moskviç 412” markalı avtomobilin Stansiya Sumqayıt yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilmişdir.
Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.Abşeron RPİ-də araşdırma aparılır.