İdarə etdiyi avtomobilinə sərnişin qismində oturmuş qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən İ.Məmmədov saxlanılmışdır
11.10.2019Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Suraxanı RPİ-də araşdırma aparılır.