Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.09.2019Sentyabrın 28-də saat 19 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Zərxanım Allahverdiyevanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.