Paytaxt sakini R.Həsənov saxlanılmışdır
28.09.2019Xətai RPİ 34-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini S.Zülfüqarov sentyabrın 17-də onu hədələyən şəxsin 2000 manat verməsini tələb etməsini bildirmişdir.
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.