Tərtər rayonunun Mamırlı kənd sakini Ə.Həsənovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
28.09.2019Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mamırlı kəndi ərazisindəki kafedə kənd sakini Ə.Həsənovdan 11 qramdan artıq, kafedən isə 48 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Həsənovun atasına məxsus həyətyanı sahədən isə 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.