Kredit təşkilatlarından birindən pul götürmək üçün saxta qızıl-zinəy əşyaları təqdim etmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev saxlanılmışlar
22.09.2019Sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildirmişlər.
Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.