Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılmışdır
22.09.2019Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-dən 22-dək olan müddətdə rayon ərazisində paytaxt sakini R.Damadayevin 2 ədəd velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun sentyabrın 5-də 2 avtomobildən 2 ədəd mobil telefon və 1800 manat oğurlaması da müəyyən edilmişdir.