Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Qobu qəsəbə sakinləri E.İmdalıyev, C.Ağayev və onun qardaşı saxlanılmışdır

22.09.2019

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən, habelə 1 həyətyanı sahədən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri E.İmdalıyev, C.Ağayev və onun qardaşı saxlanılmış, əvvəllər məhkum olunmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilmişdir.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən və 1 zavoddan təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

22.09.2019 tarixinə olan kriminal məlumatlar