Pirallahı rayonunun Gürgan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2019Sentyabrın 13-də saat 12 radələrində Pirallahı rayonunun Gürgan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini M.Misirovun idarə etdiyi “Ford Karqo” markalı avtomobilə vurmuşdur. Nəticədə E.Abbasovun sərnişini Fuad Məcnunov hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.