Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnmiş YNH-ni törədərək hadisə yerindən yayınan sürücü saxlanılmışdır

13.09.2019

Avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulmuş və xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Xəzər RPİ 2-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü  - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılmışdır.