Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini F.Abbaspur saxlanılmışdır
11.09.2019Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildirmişlər.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılmışdır. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.