Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini H.Quliyev saxlanılmışdır
11.09.2019Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quliyev saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan marixuana və heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə H.Quliyevin yaşadığı evdən isə 1 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.