Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
11.09.2019Sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurmuşdur. Qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.