Xızı rayon sakini E.Abbasovun yaşadığı evdən silah-sursat aşkar edilərək götürülmüşdür
06.09.2019Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Giləzi qəsəbə sakini E.Abbasovun yaşadığı evə baxış zamanı oradan “F-1” qumbarası aşkar edilmiş və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) təhvil verilmişdir.
Davam etdirilən tədbirlərlə evdən əlavə olaraq 1 ədəd nömrəsi silinmiş “AK-74” silah, 56 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı da aşkar edilərək götürülmüşdür.