Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
06.09.2019Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 960 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova saxlanılmışlar.
Ətrafında aparılmış tədbirlərlə R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurlaması da müəyyən edilmişdir.