İsmayıllı rayonu ərazisində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və marixuana aşkar edilərək götürülmüşdür
06.09.2019İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qalıncaq kəndi ərazisində kənd sakini V.Fətəliyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 tondan artıq olan 1527 ədəd çətənə kolu və 5,8 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür.
V.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.