Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami rayonu ərazisindən qaçırılmış “VAZ-2104” markalı avtomobil Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində müəyyən edilərək saxlanılmışdır

26.08.2019

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə avqustun 26-da B.Nuriyev küçəsindən A.Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur .

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.

Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilmişdir.

Araşdırma aparılır.

26.08.2019 tarixinə olan kriminal məlumatlar