Masallı rayon sakini İ.Bağırovun “VAZ-2109” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Z.Fətullayev və 3 sərnişini saxlanılmışlar
26.08.2019Avqustun 25-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilmişdir.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə təhvil verilmişlər.Araşdırma aparılır.