Ağstafa rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat tapılmışdır
26.08.2019Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Poylu qəsəbəsi ərazisində 1 ədəd “TOZ-8” markalı tüfəng, 1 ədəd tir tapançası, 2 ədəd “F-1” markalı qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 1940 ədəd müxtəlif çaplı patron tapılmış və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) təhvil verilmişdir.