Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən qəsəbə sakini C.Rizvanov saxlanılmışdır
25.08.2019Avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılmışdır.