Sumqayıt şəhər sakini E.Hacıyevin avtomobilini qaçırmaqda şübhəli bilinən V.Əliyev qısa müddətdə saxlanılmışdır
25.08.2019Avqustun 25-də Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edən Corat qəsəbə sakini E.Hacıyev 32-ci məhəllənin ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev qısa müddətdə avtomobillə birgə Nizami küçəsində saxlanılmışdır.