Salyan şəhəri ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
25.08.2019Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də şəhər ərazisindəki mağazaların birindən 65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov saxlanılmışlar.
R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilmişdir.