Biləsuvar şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən 2000 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
25.08.2019Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 25-də şəhər ərazisindəki quşçuluq fabriklərindən birinin həyətindəki sexdən 2000 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini B.Dadaşov və Bakı şəhər sakini, əvəllər məhkum olunmuş A.Hadıyev saxlanılmışlar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.