Biləcəri qəsəbə sakini E.Qasımova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən F.Xalıqov saxlanılmışdır
19.08.2019Avqustun 18-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini E.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı 15 manat pulu soyğunçuluq yolu ilə aparmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılmışdır.
İlkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.