Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Z.İsmayılov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir
19.08.2019Avqustun 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 640 manat dəyərində ərzaq məhsulları oğurlanmışdır.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.
Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisindəki daha bir marketdən 570 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.