Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.08.2019Avqustun 19-da saat 23 radələrində Tovuz rayonunun Abulbəyli kəndi ərazisində Aşağı Öysüzlü kənd sakini N.Namazlı idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır.
Nəticədə avtomobildə olan sərnişinlərdən Murad Səmədov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.