Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüşdür
16.08.2019Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Həmin vaxt evdə X.Məmmədovla birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılmışlar.
E.Haqnəzərovdan 1 ədəd “Motorolla” markalı radioötürücü, “Mitsubishi Pajero” markalı avtomobilinə baxış zamanı isə 1 ədəd cib bıçağı, 1 ədəd beşbarmaq və 2 ədəd radioqəbuledici aşkar edilərək götürülmüşdür.