Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki bağ evlərinin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən A.Zeynalov saxlanılmışdır
16.08.2019Avqustun 16-da saat 05.48-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki bağ evlərinin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə getmiş RMİ-nin əməkdaşları tərəfindən pəncərə şüşəsini sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Zeynalov saxlanılaraq aidiyyəti üzrə 14-cü PB-yə təhvil verilmişdir.