Gəncə şəhər sakini A.Əliyevin mobil telefonunu aldadaraq almaqda şübhəli bilinən həmyerlisi Z.Nuriyev saxlanılmışdır
16.08.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 21-də Gəncə şəhər sakini A.Əliyevin mobil telefonunu aldadaraq almaqda şübhəli bilinən həmyerlisi Z.Nuriyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakinləri olan daha 2 nəfərin mobil telefonlarını oğurlaması, habelə 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.