Xəzər rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən E.Həmidov saxlanılmışdır
16.08.2019DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 3-də rayon ərazisindəki evlərin birindən 200 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Həmidov saxlanılmışdır.