Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılmışdır
15.08.2019Avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk etmişdir.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılmışdır.