Sumqayıt şəhər sakini C.Rüstəmova məxsus avtomobildən pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən B.Mehdiyev saxlanılmışdır
15.08.2019Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-də şəhər sakini C.Rüstəmova məxsus avtomobildən 20 manat pul və bankomat kartları oğurlamaqda şübhəli bilinən həmyerlisi B.Mehdiyev saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun avqustun 8-də şəhər ərazisindəki köşklərin birindən 463 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.