Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində “QAZ-2410” və “KİA” markalı avtomobillər toqquşmuşdur
15.08.2019Avqustun 15-də saat 8 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində Saatlı rayon sakini Vüqar Bağırovun idarə etdiyi “QAZ-2410” və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri olan həmyerliləri Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.