Nnəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov avtomobillə birlikdə saxlanılmışdır
25.07.2019İyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal RPİ 29-cu PŞ-yə müraciət edib həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “Audi” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsinin ərazisində avtomobillə birlikdə saxlanılmışdır.
Araşdırma aparılır.