Yevlax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
25.07.2019İyulun 25-də saat 21 radələrində Yevlax şəhərinin ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurmuş və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılmışdır. Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölmüş, hər iki sürücü xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.