Xətai rayonunun R.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi
25.07.2019İyulun 24-də saat 19 radələrində Xətai rayonunun R.Məmmədov küçəsində Ağsu rayon sakini V.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Solmaz Rəsulovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 25-də orada ölmüşdür.