Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İstifadəyə yararsız 205 kiloqram ət aşkar edilib

23.07.2019

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Növbəti belə tədbir iyulun 23-də Daxili İşlər Nazirliyinin əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Qaradağ rayonu ərazisində keçirilib. 

Xocavənd rayon sakini V.Abdullayevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış zamanı salondan və yük yerindən çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 205 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.