Avtomobildən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Şükürov saxlanılmışdır
23.07.2019Yasamal RPİ 29-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Tbilisi prospektində “Ford” markalı avtomobildən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Şükürov saxlanılmışdır.