Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev avtomobillə birgə saxlanılmışdır
23.07.2019İyulun 22-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini E.İbadullayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır.
30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev iyulun 23-də avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.