Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
05.07.2019Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bayan kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,2 tona yaxın 2620 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Lerik Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində 15 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2,7 tona yaxın 22.330 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.